• şənbə, 27 Aprel, 02:37
  • Baku Bakı 14°C

Dekabrın 19-da ASK-nın V qurultayı keçiriləcək

15.12.18 18:00 643
Dekabrın 19-da ASK-nın V qurultayı keçiriləcək
Dekabrın 19-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V qurultayı keçiriləcək. Qurultay ASK-nın ali idarəetmə orqanıdır.
ASK-nın mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, konfederasiyanın Nizamnaməsinə uyğun olaraq hər 4 ildən bir onun üzvlərinin ümumi yığıncağı – qurultay keçirilir.
Tədbirdə konfederasiyanın rəhbər orqanlarının hesabatı dinləniləcək, qurumun üzvləri tərəfindən səsvermə yolu ilə növbəti müddətə idarəetmə orqanları formalaşdırılacaq, eləcə də təşkilatın fəaliyyətinin əsas istiqamətləri və məqsədləri müəyyən ediləcək.
banner

Oxşar Xəbərlər