• cümə axşamı, 28 mart, 17:45
  • Baku Bakı 16°C

Dədə Ələsgər saytının təqdimatı olub

12.08.21 22:00 1244
Dədə Ələsgər saytının təqdimatı olub
12 mart 2021-ci il tarixdə, saat 18:00-da "Zoom” proqramı vasitəsilə 50-ə yaxın şəxsin iştirakı ilə Dədə Ələsgər saytının videotəqdimatı olub.

Kaspi.az xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov açıb, saytın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məlum sərəncamından sonra yaradıldığını qeyd edib. O, saytın 8 əsas bölmədən və 50-yə yaxın altkateqoriyadan ibarət olduğunu bildirib. Qeyd edib ki, saytda təkcə Aşıq Ələsgər əsərlərini əhatə edən 7 dildə ümumilikdə müxtəlif illərdə çap olunan 20 kitab elektronlaşdırılaraq yerləşdirilib. N.Bayramov həmçinin sərəncamın vacibliyindən danışıb, Ələsgərsevərlər adından prezidentə təşəkkür edib.

Dədə Ələsgər saytının təqdimatında millət vəkilləri Əhliman Əmiraslanov, Sahib Alıyev, Naqif Həmzəyev, eks-deputat Arzu Səmədbəyli, akademiklər Nizami Cəfərov, Muxtar İmanov, Rasim Əliquliyev, professorlar Surxay Musayev, İbadulla Ağayev, Vaqif Qələndər, Həsən Bayramov, Türkiyədən Prof. Dr. Yusif Bayraktar, Aşıq Ələsgər yaradıcılığının tədqiqatçıları Fəxrəddin Salim, tibb üzrə fəlsəfə doktorları, həkimlər Rasim Bayramov, Şirazi İbrahimov, Abbas Bağırov və Nağdəli Zamanov, "Dədə Ələsgər Ocağı” İctimai Birliyindən Xətai Ələsgərov, Güllü Eldar Tomarlı, şairlərdən Aqşin Hacızadə, Qılman İman, jurnalistlərdən Arif Məmmədli, Araz Yaquboğlu və başqaları iştirak ediblər.

Çıxış edənlər Dədə Ələsgər yaradıcılığının araşdırılmasında, bu yaradıcılığın təbliğində, elektron bazanın zənginləşməsində Dədə Ələsgər saytının mühüm və çox lazımlı olduğunu qeyd ediblər. Qeyd olunub ki, saytın yaradılması ilə təkcə Aşıq Ələsgər yaradıcılığına yox, ümumilikdə Azərbaycan aşıq sənətinə böyük töhfələr veriləcək.

Sonda "Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərov saytın ideya müəllifi və yaradıcısı Nuru Bayramova, eləcə də tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.
Xatırladaq ki,Dədə Ələsgər saytı (http://dede-alesker.com/) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2021-ci il tarixli "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamından irəli gələn tələblərə uyğun olaraq yaradılıb.

Saytın ideya müəllifi və yaradıcısı AMEA-nın müxbir üzvü, professor Nuru Yusif oğlu Bayramovdur.
Saytın əsas strukturunun qurulmasında və zənginləşdirilməsində jurnalist Araz Yaquboğlunun, professor Ələddin Allahverdiyevin, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırovun, ələsgərşünas alim Fəxrəddin Salimin, "Dədə Ələsgər Ocağı” İctimai Birliyi Təşkilat Komitəsinin sədri Xətai Ələsgərovun fikir və təklifləri nəzərə alınıb.
Sayta əsas arxiv materiallarını əsasən "Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai İslam oğlu Ələsgərov təqdim edib. Eyni zamanda məlumatların toplanılıb sayta təqdim edilməsində jurnalistlər Füzuli Sabiroğlu və Araz Yaquboğlu da fəal iştirak ediblər. Saytın dizayneri Emil Məmmədovdur.

banner

Oxşar Xəbərlər