bazar, 26 Iyun, 05:40

Baku Bakı 23°C

DÇ-2022 üçün FIFA-dan təzminat tələb olunub

icon 184 icon 19 may 2022 | 14:40 DÇ-2022 üçün FIFA-dan təzminat tələb olunub

"Amnesty İnternational" hüquq müdafiə təşkilatı Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı FIFA prezidenti Canni İnfantinoya məktub göndərib.

"Report" BBC-yə istinadən xəbər verir ki, təşkilat stadionların tikintisində çalışan əmək miqrantları üçün iş şəraitinin pozulmasına görə təzminat tələb edib.

Bu məbləğin ən azı 440 milyon ABŞ dolları olacağı bildirilib: "Bütün işçilərə kompensasiya ödənilməyənə qədər bu turnir keçirilə bilməz".

Ümumilikdə mundialla bağlı idman obyektlərinin tikintisinə 30 minədək işçi cəlb olunub. DÇ-2022-nin təşkilatçıları apreldə yarışa hazırlıqla məşğul olan 3 şirkətdə iş şəraitinin pozulduğunu etiraf edib.

Qeyd edək ki, DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.