• cümə axşamı, 28 mart, 21:02
  • Baku Bakı 13°C

Daha üç partiya maliyyə hesabatını MSK-ya təqdim edib

06.04.20 10:07 404
Daha üç partiya maliyyə hesabatını MSK-ya təqdim edib
Mərkəzi Seçki Komissiyasına (MSK) daha üç partiya 2019-cu il üzrə maliyyə hesabatı təqdim edib.
APA-nın MSK-nın saytına istinadən verdiyi məlumata görə, bunlar Azərbaycan Sosial Rifah Partiyası, Vətəndaş və İnkişaf Partiyası və Azərbaycan Tərəqqi Partiyasıdır.
Beləliklə, dövlət qeydiyyatından keçmiş 55 partiyadan 35-i maliyyə hesabatını təqdim edib.
Xatırladaq ki, bundan öncə Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 32-i maliyyə hesabatını MSK-ya təqdim etmişdi.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
banner

Oxşar Xəbərlər