“Cinema Plus”da hind filmləri nümayiş olunacaq

Hindistanın Bakıdakı səfirliyi ölkə müstəqilliyinin 75 illiyi çərçivəsində Bollivud hind filmlərini nümayiş etdirəcək.
Bu münasibətlə “Gənclik Mall”da yerləşən “Cinema Plus” kinoteatrında “Phillauri”, “Badrinath Ki Dulhania”, və “Nil Battey Sannata” hind filmləri nümayiş olunacaq.
Qeyd edək ki, filmlər Azərbaycan dilində subtitrlərlə təqdim ediləcək.
