• cümə, 19 Aprel, 20:11
  • Baku Bakı 24°C

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə təkbətək görüş keçirəcək

11.08.20 11:52 496
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə təkbətək görüş keçirəcək
Türkiyədə səfərdə olan Azərbaycanın Xarici İşlər naziriCeyhun Bayramovbir neçə saat sonra həmkarıMövlud Çavuşoğlu ilə görüşəcək.
Bunu "Report"un yerli bürosuna Türkiyənin Xarici İşlər nazirinin sözçüsüHami Aksoydeyib.
H.Aksoy bildirib ki, Türkiyənin Xarici İşlər Nazirliyində baş tutacaq təkbətək görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq, qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Mediaya qapalıgörüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Hər iki nazir jurnalistlərin suallarını cavablandıracaq.
M.Cavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edən C.Bayramovun sözügedən ziyarəti onun Xarici İşlər naziri kimi ölkə xaricinə ilk səfəridir.
banner

Oxşar Xəbərlər