BVF Azərbaycanın neft sektorunda artım proqnozlaşdırır

BVF Azərbaycanın neft sektorunda artım proqnozlaşdırır

İqtisadiyyat
06 İyul 2019, 20:17 241
Azərbaycanın neft sektoru bu il 2,5 faizədək artmalıdır.

Bunu Trend-ə açıqlamasında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natalya Tamirisa deyib.

N.Tamirisanın sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin işə başlaması ilə əlaqədar bu il karbohidrogenlərin hasilatı artacaq. Amma sonra neft hasilatının azalması ilə əlaqədar bu göstərici 1,2 faizədək azalacaq.

Qeyd edək ki, "Şahdəniz -2" yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılması nəzərdə tutulur.