Budapeşt ilə Buxarest arasında qaz üzrə “məxfi saziş” varmı?

Budapeşt ilə Buxarest arasında qaz üzrə “məxfi saziş” varmı?

İqtisadiyyat
24 Avqust 2019, 16:00 4608
Macarıstanın Baş Naziri Viktor Orban 2018-ci ilin sonunda bəyan etmişdi ki, onun ölkəsi Rumıniya ilə saziş imzalanmasının "cəmi bir addımlığındadır”. Bu saziş bundan sonrakı 15 ildə 4 milyard kubmetrdən çox qaz idxalını mümkün edə bilər. Bununla yanaşı, Viktor Orbanın dediklərini xatırladaq: "Qaz kəmərinin Macarıstan hissəsi tikilib, Rumıniya hissəsində tikinti davam edir. Bu isə o deməkdir ki, 2021-2022-ci illərdə biz yeni vəziyyətdə olacağıq”. Baş Nazir, həmçinin "Macarıstanda "Qazprom”un inhisar dövrü”nün başa çatdığını əlavə edib.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Rumıniya KİV-ləri ölkə hökumətinə bəzi narahatlıqlar yaşadıblar. Onlar Rumıniya ilə sazişin indiyədək nə üçün bağlanmadığı, yaxud sazişin taleyi barədə niyə elan edilmədiyi barədə maraqlanıblar. Rumıniyanın xarici siyasət qurumu faktiki olaraq, macar hökuməti rəhbərinin sözlərini təkzib edərək bildirib ki, Rumıniya Macarıstan tərəfi ilə yeni enerji layihəsi barədə heç bir saziş "imzalamayıb”. Hətta Buxarestdə deyiblər ki, Rumıniya hansısa ölkənin şirkətləri ilə Qara dəniz layihəsi çərçivəsində hasil edəcəyi qazın bütün həcmi üzrə müqavilənin bağlanmasını təmin edə bilməz.
Bu səbəbdən hər iki ölkədə bir çoxlarını belə sual düşündürür: Budapeşt və Buxarest arasında qaz üzrə "məxfi saziş” varmı? Əgər bu, belə deyilsə, o zaman "cəmi bir addımlıqda” olan layihə niyə bu qədər yubadılır?