• cümə, 19 Aprel, 14:47
  • Baku Bakı 25°C

“Bu, zəfərin başlanğıcıdır - artıq şəhadət çağıdır...”

27.09.20 18:45 494
“Bu, zəfərin başlanğıcıdır - artıq şəhadət çağıdır...”
"Hər bir vətəndaş Ali Baş Komandanın, dövlətimizin, ordumuzun ətrafında sıx birləşməlidir. Bu, artıq bir iman məsələsidir...”
"Allaha şükürlər olsun ki, Azərbaycan xalqının, Qarabağsevərlərin, o cənnət-məkanlardan didərdgin düşmüş soydaşlarımızın həsrətlə gözlədiyu sevinc dolu anlara gəlib çatdıq. Öncə Qarabağ Seyid Ocaqları adından Ali Baş Komandan, cənab Prezident başda olmaqla bütün ordumuzu və xalqımızı qısa müddətdə Qarabağda bir sıra kəndlər və strateji yüksəkliklərimizin azad edilməsi münasibətilə təbrik edirəm. Və bəyan edirəm ki, daim olduğu kimi, bu gün də Ali Baş Komandanın, ordumuzun, dövlətimizin, xalqımızın yanındayıq. İndiki həssas məqamda bütünlüklə siyasi əqidəsindən, hansı partiyanın üzvü olmasına rəğmən hər bir vətəndaş Ali Baş Komandanın, dövlətimizin, ordumuzun ətrafında sıx birləşməlidir. Bu, iman məsələsidir, artıq şəhadət çağıdır...”

Qarabağ Seyid Ocaqları Birliyinin rəhbəri Seyid Camal Əzimbəylinin ermənilərin bu günkü təxribatlarına cavab olaraq Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-hücum əməliyyatları sayəsində qısa müddətdə bir sıra yaşayış məntəqələri və strateji yüksəkliklərimizin azad edilməsi münasibətilə verdiyi açıqlamasında belə deyilir.

"Ali Baş Komandanın bir qədər öncə xalqa müraciətində vurğuladığı kimi, ermənilər on illərdir ki, Qarabağdakı məscidlərimizdə donuz, inək, saxlayır, dədə-baba məzarlarımızı traktorla şumlayırlar. Odur ki, torpaqlarımızın azadlığı hər bir müsəlman, hər bir türk üçün həm də bir namus və şərəf məsələsidir. Hər bir azərbaycanlı üçün cihad yerimizin Qarabağ olduğu artıq ortadadır. Artıq torpaqlarımızın işğaldan azadlığına gedən yolda Allahın "ol” deməsi və rizası var və ölkədə vəhdət zamanıdır. Xalqın, dövlətin birliyi Qarabağa gedən yolların açarıdır. Və bu birlik mövcuddur. Bunun da sübutunu ordumuzun qəsbkar erməni ordusu üzərində ilkin qələbələri artıq nümayiş etdirdi. Bu, zəfərin başlanğıcıdır, artıq şəhadət çağıdır. Şəhadət yolçuları, imana silah kimi sarılan hər bir kəsdən ötrü Vətən torpaqlarının azadlığı üçün artıq bir fürsət yaranıb. Bu fürsətdən istifadə etmək də imana bağlıdır...

Bu gün cihad yerimiz Qarabağdır və birmənalı olaraq təmsil etdiyim Azərbaycanın bütün əhli-beyt mənsubları adından hər bir kəsi dövlət başçısı, Ali Baş Komandanın ətrafında sıx birləşməyə və zəfərimizi Azərbaycan ordusuyla bərabər Xankəndində, Şuşada qeyd etməyə hazırlığa dəvət edirəm. Xüsusilə, bu Məhərrəmlik dönəmində, şəhidlər sərdarı İmam Hüseyn əleyhissəlam aşiqlərinin, şəhadət yolçularının, imana silah kimi sarılanların zəfəri şəksizdir. Biz bunu Azərbaycan ordusunun böyük zəfərində, inşalllah, görəcəyik. Bunu ilahi etiqadımla və daim orduyla bir yerdə olan şəxs kimi deyirəm...” – Seyid Camal Əzimbəylinin müraciətinin davamında belə deyilir.
banner

Oxşar Xəbərlər