• cümə, 02 May, 08:16
  • Baku Bakı 13°C

Bu il itirdiyimiz MƏŞHURLAR

14.12.21 13:30 358
Bu il itirdiyimiz MƏŞHURLAR
Geridə qoyduğumuz ildə xeyli sənət adamlarını, tanınmış şəxsləri itirdik. Dünyasını dəyişənlərin çoxunun ölüm səbəbi isə koronavirusdur. Hətta Azərbaycanda builki qədər tanınmış şəxsin vəfat etməsi görünməmiş hal idi.
Modern.az bu il vəfat edən tanınmışların siyahısını təqdim edir:
Sovet Azərbaycan və Rusiya rəssamı, pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentiTahir Salahovbu ilin 20 mayında dünyasını dəyişib. T. Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 27 yaşında "Dalğa” və "Estakada” adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir. 20 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Şair, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairiFikrət Qocamayın 5-də dünyasını dəyişib. 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdu. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuş, şeirlərinə musiqi bəstələnmişdi ("Anacan dostum evlənir”, "Könlüm”, "Günay”, "Gəl ey səhər”, "Çiçək tapa bilmədim”, "Gecə yaman uzundur”, "Payız gəldi” və s.). 85 yaşında vəfat edən Xalq şairi Fəxri xiyabanda dəfn olunub.
Kinorejissor, Xalq artisti, professorRamiz Əzizbəyliuzun sürən xəstəlikdən sonra bu il iyunun 9-da vəfat edib. R.Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə "Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Qurd qapısı qəbiristanlığında dəfn edilib.
Xalq artistiArif Quliyevbu il koronavirus səbəbindən mayın 7-də dünyasını dəyişib. Mərhum sənətkar 16 may 1950-ci ildə Şirvan şəhərində dünyaya gəlib. "Bəyin oğurlanması”, "Yaramaz”, "Bəxt üzüyü”, "O dünyadan salam”, "Qəm pəncərəsi”, "Mənim ağ şəhərim”, "Alma almaya bənzər”, "Ağ gəmi” bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir. Xalq artisti 7 may 2021-ci il tarixində koronavirus səbəbindən vəfat etmişdir. Qurd qapısı qəbiristanlığında dəfn edilib.
Yalçın Rzazadədə bu il aramızdan köçənlərdəndir. Məşhur Azərbaycan müğənnisi, Xalq artisti Yalçın Rzazadə bu ilin 22 fevralında dünyasını dəyişib. O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində doğulub. Onu Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar” mahnısı olub. Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat edib.
Azərbaycan kinorejissoru, ssenaristi, SSR Xalq artistiEldar Quliyev18 yanvar 1941-ci ildə Bakıda anadan olub. İlk böyük ekran əsəri olan "Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. İnfarkt keçirən Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib. Yasamal qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
Güney Azərbaycandan olan məşhur vokalist, müğənni, Azərbaycan Respublikasının Əməkdar artistiYaqub Zurufçukoronavirusdan vəfat edib. Müğənni 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. Ayrılıq mahnısı ilə çox sevilən sənətçi 1989-cu ildə Gülağa Məmmədovun dəvəti ilə ilk dəfə Azərbaycana gəlib. Yaqub Zurufçu 14 sentyabr 2021-ci ildə 65 yaşında vəfat edib.
Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvüNailə Mirməmmədliyanvarın 4-də dünyasını dəyişib. N. Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdu. Azərbaycan estradasındakı minlərlə mahnının müəllifidir. Qurd qapısı qəbiristanlığında dəfn olunub.
Müğənni, Azərbaycan Respublikasının Əməkdar artistiZöhrə Abdullayeva16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdı. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir. Zöhrə Abdullayeva 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.
Müğənni, Əməkdar artistBaloğlan Əşrəfov69 yaşında COVID-19 epidemiyasından vəfat edib. O, 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdu. Oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki, özü bəstələyib. "Yuxuma gəl”, "Anam mənim”, "Günayım”, "Tanrıdan diləyim ol” və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib. 26 aprel 2021-ci ildə 69 yaşında Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.
Məşhur müğənnisiSəyyad Əlizadədə koronavirusdan vəfat edənlər arasındadır. Məşhur müğənni 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. Xüsusilə, "Bəyaz gecələr”, "Gül ki” mahnıları ilə xalqın sevgisini qazanıb. Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında COVID-19 epidemiyasından vəfat edib. Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.
Xalq artistiSəməd Səmədov24 iyul 2021-ci ildə sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib. 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov "Toylar Kralı” adını qazanıb. Ona bu adı estradasının korifeyi Mirzə Babayev verib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunub.
Müğənni Aslan Hüseynov 4 may 2021-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyadan köçüb. 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Onun ən məşhur ifaları olan "Reyhan”, "İgidlər”, "Bulaq suyu, dağ havası” və "Of dədə” Azərbaycan tamaşaçıları tərəfindən sevilib.
Azərbaycanın məşhur gitara ifaçısıRafiq Hüseynov(Rəmiş) aprelin 5-də vəfat edib. O 1944-cü il noyabrın 14-də Ağdam rayonunun Gülablı kəndində anadan olub. 2008-ci ildə "Əməkdar artist”, 2014-cü ildə "Xalq artisti” fəxri adına layiq görülüb. 76 yaşlı Xalq artistinin ölüm səbəbinin koronavirus olduğu bildirilib.
Ali Məhkəmənin hakimiİnqilab Nəsirovda dünyanı ağuşuna alan koronavirusdan 2021-ci il yanvarın 6-da vəfat edib. Mərhum hakim 1963-cü il sentyabrın 3-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimiRəşid Hüseynovaprelin 13-də koronavirus səbəbindən dünyasını dəyişib. 2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-2013-cü illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. 2013-cü ildən isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Gənclər və İdman naziriAzad RəhimovNyu-Yorkda müalicə aldığı xəstəxanada vəfat edib. Azad Rəhimov 1964-cü ilin 8 oktyabrında Bakı şəhərində anadan olub.
1994-1998-ci illərdə "Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998-2006-cı illərdə isə "Italdizain” Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildən Azərbaycan Respublikasının Gənclər və İdman naziri vəzifəsində olub. 2021-ci il aprelin 30-da ağciyər xərçəngindən vəfat edib. 2-ci Fəxri xiyabanda dəfn olunub.
"Azərxalça”nın sabiq sədriVidadi Muradovxərçəng xəstəliyindən bu il dünyasını dəyişib. O 1956-cı il martın 5-də Bərdə rayonunda anadan olub. 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsə ittihamı ilə həbs olunmuşdu. 31 oktyabrda isə səhhəti ilə əlaqədar azad edilmişdi.
Azərbaycan jurnalisti və televiziya aparıcısıElnur Əşrəfoğluuzun sürən müalicədən sonra 2021-ci il oktyabrın 19-da vəfat edib koronavirusdan vəfat edib. Tanınmış jurnalist 1974-cü il 19 iyunda anadan olmuşdu. 2011-ci ildə "Space” TV telekanalının idman departamentinin rəhbəri, 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibinin müavini olub.
"Baku Network” Ekspert Şurasının direktoruElxan Ələsgərovyanvarın 5-də koronavirus səbəbindən vəfat edib. E.Ələsgərov 1955-ci il martın 14-də Bakı şəhərində anadan olub. Qarabağ müharibəsinin iştirakçısı və Trend İnformasiya Agentliyinin baş direktor müavini olub.
Sentyabrın 8-də Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olanNizaməddin Quliyevkoronavirusdan vəfat edib.
Sabiq deputatRafael Cəbrayılovda bu ilin sentyabrında həbsxanada dünyasını dəyişib.
Aktyor, rejissor Arif Həbibi bu ilin 27 yanvarında vəfat edib. O 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli filmləri ana dilinə dublyaj və tərcümə edib. "Rüstəm Zal haqqında əfsanə”, "Qırmızı çadır”, "Mauqli” kimi filmləri dublyaj edib.
Laçın Rayon İcra Hakimiyyətinin başçısıAkif Səlimovbu ilin 30 aprelində 71 yaşında vəfat edib.
Filologiya elmləri doktoru, professorNizami Xudiyevböyrək çatışmazlığından vəfat edib. O, 1949-cu il aprelin 1-də Şahbuz rayonunda anadan olub. Azərbaycan Milli Məclisinin 1, 2 və 3-cü çağırış üzvü olub. May ayının 25-də vəfat edib.
banner

Oxşar Xəbərlər