AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu il istehsalat xəsarəti ilə nəticələnən 190-dan çox hadisə qeydə alınıb

Bu il istehsalat xəsarəti ilə nəticələnən 190-dan çox hadisə qeydə alınıb

İqtisadiyyat
03 Sentyabr 2021, 14:30 104
Cari il ərzində istehsalat xəsarəti ilə nəticələnən 191 hadisə baş verib.
Trend xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə deyib. O bildirib ki, burada fərdi və kollektiv şəkildə bədbəxt hadisələr də var:
"Bunun nəticəsində 212 nəfərə aparılan araşdırmalardan sonra istehsalat zədəsi aktı verilib. Həmin hadisələr davamlı əmək qabiliyyətinin itirilməsinə gətirib çıxarırsa və ya həmin şəxsin həyatını itirməsi ilə nəticələnirsə, onun ailəsinin və ya özünün təminatına zəmanəti bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta təmin edir. Bəzən müəssisələr bizə müraciət edirlər ki, tikinti və ya istehsalatla məşğul olmadıqlarından bu sığortanın onlara aidiyyatı yoxdur. Lakin bildiririk ki, bədbəxt hadisə təkcə tikinti və istehsalat olan müəssisələrdə yox, həmçinin ofisdə də, tikinti olmayan, istehsalat aparılmayan istənilən müəssisədə də qeydə alına bilər. Ona görə, işəgötürənlərə səslənirik ki, bu sığorta növü ilə mütləq öz işçilərini əhatə etsinlər".