Bu il Azərbaycanda 25 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

Bu il Azərbaycanda 25 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

İqtisadiyyat
17 Oktyabr 2019, 15:15 767
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi 25 milyard 244 milyon 302 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ticarət əməliyyatlarının 10 milyard 378 milyon 8 min dolları idxalın, 14 milyard 866 milyon 294 min dolları isə ixracın payına düşür.