AZE | RUS | ENG |

Bu il 62 mindən çox şəxsə peşəyönümü məsləhət xidməti göstərilib

Bu il 62 mindən çox şəxsə peşəyönümü məsləhət xidməti göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran vətəndaşlar və gənclər üçün peşəyönümü tədbirlərinin təşkili davam etdirilir. Bu ilin arxada qalan 6 ayı ərzində respublika üzrə 62 min 529 vətəndaş həmin tədbirlərə cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlara əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə məsləhətlər verilib. İştirakçılar Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə də məlumatlandırılıb.
Onu da qeyd edək ki, peşəyönümü xidmətinin əsas hədəf qrupları rayon (şəhər) Məşğulluq Mərkəzlərində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlar, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar, orta-ixtisas və ali təhsil müəssisələrinin tələbələridir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946