AZE | RUS | ENG |

Bu günədək 499,28 ton barama təhvil verilib

Bu günədək 499,28 ton barama təhvil verilib
Respublika üzrə yaş barama tədarükü davam edir.
Trend-in məlumatına görə, iyunun 14-nə kimi kümçülər tərəfindən "Azəripək” MMC-yə 499,28 ton yaş barama təhvil verilib.
Ötən gün isə kümçülər 47,66 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.
Barama tədarükünə görə Zərdab, Füzuli, Zaqatala, Balakən, Ağcabədi, Bərdə, Şəki, Kürdəmir, Qax və Ağdam rayonları öndədir. Bu günədək Zərdabda 59,62 ton, Füzulidə 49,72 ton, Zaqatalada 46,87 ton, Balakəndə 43,24 ton, Ağcabədidə 45,20 ton, Bərdədə 32,65 ton, Şəkidə 31,98 ton, Kürdəmirdə 21,33 ton, Qaxda 21,27 ton, Ağdamda 16,29 ton, Göyçayda 13,11 ton, Ağdaşda 12,46 ton, Tərtərdə 12,29 ton, Sabirabadda 11,36 ton, Ucarda 9,75 ton, Lənkəranda 7,48 ton, İmişlidə 5,29 ton, Cəbrayılda 4,85 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.
Qeyd edək ki, bu il 800 ton barama istehsalı proqnozlaşdırılır.
2018-ci ildə kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.
Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır.
Kümçülər yaş baramanı kiloqramı 4 manatdan "Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.
Ümumilikdə, fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287