• cümə, 29 Mart, 19:58
  • Baku Bakı 14°C

Bu günə qədər əks-göstəriş sertifikatı verilən şəxslərin sayı AÇIQLANDI

14.09.21 16:55 249
Bu günə qədər əks-göstəriş sertifikatı verilən şəxslərin sayı AÇIQLANDI
"Bu günə qədər ümumilikdə 1000-ə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar”.
Bu barədəOxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun müdiri Aytən Sultanova məlumat verib.
O bildirib ki, COVID-19 peyvəndi vurdurmağa qarşı əks-göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik və onkoloji xəstəliklərə görə, hamiləliyə, südverməyə görə, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəliklərinə görə verilib.
banner

Oxşar Xəbərlər