• çərşənbə axşamı, 19 mart, 08:40
  • Baku Bakı 8°C

Bu gün Bilik Günüdür

15.09.19 09:40 740
Bu gün Bilik Günüdür
Bu gün Azərbaycanda Bilik Günüdür.
"Report” xəbər verir ki, bu ilkiBilik Günü bazar gününə təsadüf etdiyindən 2019/2020-ci tədris ili sentyabrın 16-da başlayacaq.
Yeni tədris ilində ölkənin ümumi təhsil müəssisələrinin I sinifində164 234 şagirdtəhsil alacaq.
Ümumilikdə isə orta məktəblərdə1 525 016 şagirdoxuyacaq. Şagirdlərdən714 259-u qız,810 757-si isə oğlandır. IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird təhsil alacaq.
Hazırda Azərbaycanda322ibtidai məktəb,3 307tam orta məktəb,795ümumi orta məktəb,16xüsusi tipli ümumi orta məktəb və7əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən59məktəb-lisey,49lisey,15gimnaziya və14inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə4 447məktəb fəaliyyət göstərir.
Bu ilTəhsil Nazirliyitərəfindən təmir-tikinti işləri yekunlaşdırılan43 məktəbyeni dərs ilindəbinası şagirdlərin istifadəsinə verilib. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə414 844 şagirdtəhsil alacaq. Onlardan 32 315-iIX sinifdə, 22 795-iX sinifdə,18 896-sı XI sinifdə,198-i isəXII sinifdə oxuyacaq.
2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün322 adda5668865 nüsxə dərslik və metodik vəsait çap edilib.
2019-2020-ci tədris ilində108074 uşağınümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168148 dərslik və metodik vəsait çap edilib.
Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi "İdman və sağlamlıq”, V-IX siniflərdə "Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Xatırladaq ki, Prezidentİlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.

banner

Oxşar Xəbərlər