• cümə, 26 Aprel, 07:43
  • Baku Bakı 12°C

Bronxial astmanın əlamətləri və yaranma səbəbləri

22.11.22 15:00 1154
Bronxial astmanın əlamətləri və yaranma səbəbləri

Kəskin boğulmalar, nəfəsalma və nəfəsvermədə çətinlik, xırıltılı səs müasir dövrdə yaş və cinsə fərq qoymayan bronxial astmanın əsas əlamətləri sayılır.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Zakir Quliyev xəstəlik barədə danışarkən deyib: “Əsas əlamətlər boğulma, tənəffüs çatışmazlığı, öskürək, xəstələrin əl və ayaqlarında rəngin solğunlaşmasıdır. Xəstələrin əsas şikayətləri hər hansı bir qıcıqlandırıcı faktorlar, hərəkət edərkən və yaxud çox əsəbiləşəndə, çox danışanda, çox güləndə, yüksək səslə danışanda nəfəs darlığının artması və öskürək ataklarının olmasıdır. Bu zaman ən əhəmiyyətli müayinə xəstənin ağciyərlərinin qulaq asaraq müayinə etmək lazımdır. Müayinə zamanı şübhəli hər hansı bir tənəffüs səsi eşidilərsə, bu zaman spirometriya deyilən tənəffüs testi aparılmalıdır”.

Mütəxəssislər bildirirlər ki, bronxial astmada irsi meyillik böyük rol oynayır. Lakin xəstəliyin sonradan yaranması da mümkündür. “Burada ən əhəmiyyətli meyarlar siqaret, tüstü, keçirilmiş ağciyər infeksiyaları faktorudur. Xüsusən də yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra xəstələrdə bronxial astmanın sayının artması müşahidə edilir. İnfeksiyalardan sonra ikincili olaraq bronxial astmanın meydana çıxması mümkündür”,- deyə həkim-terapevt bildirib.

Vaxtında edilən düzgün müalicə bronxial astmanın yaranma ehtimalını xeyli azaldır. İdman məşğələləri, dəniz kənarında gəzinti, normal həyat tərzi xəstəliyin profilaktikasında əsas yer tutur.

banner

Oxşar Xəbərlər