“Brent” neftinin qiyməti 60,5 dollar/barreli ötüb

“Brent” neftinin qiyməti 60,5 dollar/barreli ötüb

İqtisadiyyat
12 Oktyabr 2019, 14:15 190
Dünya birjalarında neftin qiyməti bahalaşır.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 1,41 dollar artaraq 60,51 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 1,15 dollar bahalaşaraq 54,70 dollar təşkil edib.