• şənbə, 27 Aprel, 01:24
  • Baku Bakı 14°C

Biznesin İnkişafı Fondunun fəaliyyəti sahibkarlığın maliyyələşməsinə xüsusi təkan verəcək

15.10.21 09:45 354
Biznesin İnkişafı Fondunun fəaliyyəti sahibkarlığın maliyyələşməsinə xüsusi təkan verəcək
Azərbaycanda Biznesin İnkişafı Fondunun yaradılması biznesin dəstəklənməsi baxımından irəliyə atılan daha bir addım hesab olunur. Bu, ölkədə həyata keçirilən iqtisadi siyasətin və xüsusən də sahibkarların daha yaxından dəstəklənməsi baxımından vacib idi. Fondun fəaliyyətinin sahibkarlığın maliyyələşməsinə xüsusi təkan verəcəyi gözlənilir.
Kaspi.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib.
Deputat deyib: "Apardığımız təhlillər və eləcə də rəsmi statistika göstərir ki, hazırda sahibkarlar və xüsusilə də regionda fəaliyyət göstərən iş adamları üçün kredit əldə etmək çətinliklərdən biridir. Belə ki, Mərkəzi Bankın məlumatına görə, bankların kredit portfeli 15 milyard 206 milyon manatdır. Bu kreditlərin 11 milyard 890 milyon manatı yalnız Bakı şəhərində təklif olunub. Bu, o deməkdir ki, bankların təqdim etdiyi hər 100 manat kreditin 78 manatı Bakı şəhərinin, qalan 22 manatı isə digər qalan bütün ərazilərimizin payına düşüb. Abşeron iqtisadi rayonunun sakinləri isə 574 milyon manat kredit əldə edə biliblər. Abşeronun kredit portfelindəki payını nəzərə aldıqda regionların kreditləşmədə payı daha da aşağı olur. Bu baxımdan, güzəşt mexanizminin təkmilləşdirilməsi daxil olmaqla, maliyyələşmədə yeni alətlərin tətbiqi vacibdir”, - deyə V.Bayramov qeyd edib.
O diqqətə çatdırıb ki, Fondun Müşahidə Şurasının tərkibinin 5 dövlət qurumunun nümayəndələri ilə formalaşdığını nəzərə alsaq, sahibkarların kreditlərə və xüsusilə güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi üçün yeni addımların atılması imkanları genişdir.
banner

Oxşar Xəbərlər