cümə, 07 Oktyabr, 10:52

Baku Bakı 19°C

Beynəlxalq Festivalda 6 Azərbaycan filmi nümayiş olunacaq

icon 324 icon 13 avqust 2022 | 10:00 Beynəlxalq Festivalda 6 Azərbaycan filmi nümayiş olunacaq

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalını rəngarəng etmək üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə xarici ölkələrdən qonaqlar dəvət olunub. Məqsədimiz xaricdə nüfuzlu festivallarda yer tutmuş film yaradıcıları ilə yerli rejissorlar arasında təcrübə mübadiləsini sürətləndirməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalın təsisçisi Aygün Rəşidova festivalla bağlı keçirilən mətbuat konfransında deyib.

“Çox zaman kinosevərlər xarici festivallarda iştirak edən yerli filmlərimizdən xəbərsiz olur. Bu məqsədlə builki proqrama “festivaldan seçmələr” bölümü daxil edilib. Bu bölümdə dünyada nüfuzlu festivallarda qalib gəlmiş Azərbaycan dilində altyazıları ilə 9 seçilmiş film nümayiş olunacaq”, - deyə Aygün Rəşidova bildirib.

Bildirib ki, festivala 90 ölkədən 300-ə yaxın müraciət olunub, onlardan 6 tammetrajlı, 6 qısametrajlı və 6 yerli filmlər seçilib.

Qeyd edək ki, festivalın maliyyə dəstəkçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı və ABŞ Beynəlxalq İnkişaf Agentliyidir.