• bazar ertəsi, 24 iyun, 08:42
  • Baku Bakı 22°C

Bərpa olunan enerjidə rekord artım

23.03.23 19:00 1333
Bərpa olunan enerjidə rekord artım

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına görə, qlobal bərpa olunan enerji istehsal gücü 295 gigawatt artaraq 2023-ci ilin sonuna kimi 3372 gigawatta çatacaq. Təmiz enerji istehsalı əvvəlki illərlə müqayisədə 2022-ci ildə dünya üzrə 9,6 faiz artıb.

Trend xəbər verir ki, IRENA tərəfindən dərc olunan 2023-cü il Bərpa Olunan Tutumlar üzrə Statistika göstərir ki, qlobal qeyri-müəyyənliklərə baxmayaraq, bərpa olunan enerji rekord səviyyədə böyüməyə davam edir. Qalıq yanacaqların istifadəsində azalma tendensiyası davam etdiyini görürük.

Enerji böhranı davam edərkən, bərpa olunan enerji istehsalının artırılması böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, iqlim böhranı bəşəriyyətin üzləşdiyi ən böyük problemdir. Mütəxəssislər bildirirlər ki, qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üçün bərpa olunan mənbələrin artımı üç dəfə artırılmalıdır.

Bir çox ölkələr 2022-ci ildə yaşıl enerji potensialını artırsa da, bu mənada ən əhəmiyyətli artım Asiya, ABŞ və Avropada baş verib. IRENA bildirir ki, 2022-ci ildə əlavə edilən bərpa olunan resurs tutumunun demək olar ki, yarısı Asiya qitəsindədir. Ümumi bərpa olunan enerji gücü 1,63 terawatt (TW) olan Çin il ərzində 141 gigawatt gücü əlavə edərək, bu baxımdan liderdir.

Avropa və Şimali Amerikada yaşıl enerji müvafiq olaraq 57,3 GVt və 29,1 GVt artıb. Afrikada 2,7 GVt, Okeaniyada isə 5,2 GVt artım müşahidə olunub. Cənubi Amerikada 18,2 GVt artım müşahidə olundu, Yaxın Şərqdə isə 2022-ci ildə 12,8% rekord artımla 3,2 GVt yeni güc əldə edildi.

banner

Oxşar Xəbərlər