BBC anti-Azərbaycan şəbəkənin ruporuna çevrilib

Dünya tarixində ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi, bu barədə Avropa Olimpiya Komitəsində qərar qəbul olunarkən 38 dövlətin dəstək nümayiş etdirməsi ölkəmizin beynəlxalq nüfuzundan, dünyada formalaşdırdığı müsbət imicdən qaynaqlanır. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi, təbii ki, həm də son illərdə ölkəmizin idman sahəsində qazandığı uğurların nəticəsidir. Heç də təsadüfi deyil ki, 23 illik müstəqilliyi dövründə Azərbaycan atletləri olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2 minədək medal qazanıblar. Ötən müddət ərzində paytaxt Bakıda, eləcə də Azərbaycanın müxtəlif regionlarında ən müasir idman kompleksləri inşa edilib ki, bu da ölkədə idmanın inkişafına, idmanın kütləviləşməsinə öz təsirini göstərib.
Bu il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq mərhələsində isə Atıcılıq Mərkəzi, Milli Gimnastika Arenası, Olimpiya Stadionu, Su İdman Sarayı kimi yeni idman qurğuları da inşa edilərək atletlərimizin, idmansevərlərin ixtiyarına verilib. Bütün bunlar birinci Avropa Oyunları zamanı 49 ölkədən gələcək 6 mindən çox atletin yarışmasına, medal uğrunda mübarizəsinə yaxşı şərait yaratmaq, beynəlxalq əhəmiyyətli idman tədbirini yüksək səviyyədə keçirməyə hesablanmaqla yanaşı, ən əsası, Azərbaycanın gələcək nəsillərinə ərmağandır. Bir sözlə, birinci Avropa Oyunlarına az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilməkdədir.
Lakin əfsuslar olsun ki, Azərbaycanın müstəqil dövlət kimi yürütdüyü siyasəti qəbul etməyən, onun inkişafına, beynəlxalq nüfuzuna qısqanclıqla yanaşan bəzi xarici qüvvələr, eləcə də onların himayəsi altında olan KİV-lər ölkəmizə qarşı ənənəvi “qara piar” kampaniyasına start veriblər. Belə KİV-lərdən biri də dünyaca məşhur BBC-dir. Sözügedən media qurumu “İlk Avropa Oyunlarını keçirmək üçün Azərbaycanın sərf etdiyi vəsait” sərlövhəli yazısında ölkəmiz əleyhinə növbəti dəfə qərəzli münasibətini sərgiləyib. BBC ilk Avropa Oyunlarına hazırlıq, o cümlədən yeni idman komplekslərinin inşası məqsədilə xərclənən vəsaitin həcmi barədə fantastik rəqəmlər açıqlayır, ölkəmizdə guya insan hüquq və azadlıqlarının pozulması, ictimai fəalların həbsi və sair barədə “faktlar” təqdim edir.
Hər şeydən öncə qeyd edək ki, bu davranışı ilə BBC yenə də öz ənənələrinə sadiq qaldığını, Azərbaycana qarşı Avropa Oyunları ərəfəsində qarayaxma kampaniyasını davam etdirdiyini bir daha nümayiş etdirib. Böyük Britaniya hökuməti tərəfindən birbaşa maliyyələşdirilən BBC teleradio korporasiyası peşəkar jurnalistikada qərəzsizlik və obyektivlik prinsiplərinə iddia etsə də, əslində öz fəaliyyəti ilə bundan tamamilə uzaq olduğunu dəfələrlə sübut edib. Buna misal olaraq, BBC-nin hələ 2003-cü ildə ABŞ və Böyük Britaniyanın İraqa qarşı hərbi təcavüzünün “əsaslandırılması”nda oynadığı rolu, eləcə də Yaxın Şərqi viran qoyan Liviya və Suriya əməliyyatlarını təşviq etməsini göstərmək olar.
BBC-nin anti-Azərbaycan kampaniyası üçün hazırlanan məqaləsindəki “faktlar”a gəlincə, Olimpiya Oyunlarını keçirmək üçün təxminən 7 il vaxt nəzərdə tutulsa da, Azərbaycan cəmi iki il yarım ərzində ilk Avropa Oyunlarına hazırlığı tam başa çatdırıb. Hər zaman qərəzsiz və obyektiv məlumat yaydığını iddia edən BBC nədənsə bu reallığı görmək istəmir, hazırlıq prosesində daha çox maliyyə vəsaitinin xərclənməsini şişirdir. Əgər BBC-ni doğrudan da xərclənən pullar narahat edirsə, o zaman Avropa Mərkəzi Bankının yeni baş ofisinin və Berlin Beynəlxalq Hava limanının inşası zamanı xərclənən milyardlar, buna etiraz əlaməti olaraq Almaniyanın Frankfurt şəhərində keçirilən kütləvi aksiyalar, yüzlərlə aksiyaçının polis zorakılığına məruz qalması, həbs olunması da bu media qurumunun diqqətini çəkməli idi. Lakin təəssüf ki, bu mövzuda da BBC-nin susqunluğunun şahidi oluruq.
BBC Azərbaycanı qaralamaq üçün hazırladığı məqalədə bu il mayın 19-da Bakının Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğın hadisəsinə də yer ayıraraq bunu az qala ölkə əhalisinin ölkə rəhbərliyinə etirazı kimi qələmə verməyə çalışıb. Amma yenə də qərəzə yol verərək baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Prezident İlham Əliyevin “Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalamasını, yanğın baş verən binanın ərazisinə gəlməsini, hadisə qurbanlarına dəyən maddi ziyanın ödənməsini, faciə qurbanlarının ailələrinə kompensasiyaların verilməsini, həmin binanın dövlət hesabına yenidən təmir və bütün inventarlarla təchiz olunaraq vətəndaşlara veriləcəyini heç bir yerdə qeyd etməyib. Bununla yanaşı, yanğına davamsız üzlüklərlə üzlənmiş, vətəndaşların həyatı üçün təhlükə sayıla bilən bütün binaların fasadında təmir-bərpa işlərinin aparılmasına da məqalədə toxunulmur. Elə təəssürat yaradılır ki, guya Azərbaycan dövləti öz vətəndaşlarının həyatına, taleyinə biganədir. BBC məqaləsindəki “faktlar”ı əsaslandırmaq üçün Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri, Qərb dairələrinə bağlılığı ilə tanınan Ərəstun Oruclunun qərəzli fikirlərinə yer ayırmağı da unutmayıb. Ancaq qərəzsiz olduğunu qələmə vermək istəyən BBC qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac duymayıb.
BBC məqaləsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov və “Azadlıq” Radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılovanın həbs olunmasına da yer ayırıb. Lakin məqalədə hər iki şəxsin həbsinin səbəbi təhrif edilib, Azərbaycanda ciddi senzura və söz azadlığının məhdudlaşdırılması görüntüsü yaradılaraq, onların guya siyasi fəaliyyətə, hökumətin bu siyasətinə etiraz etməyə görə həbs olunduqları bildirilib. Halbuki, R.Cəfərov ötən il avqustun 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb. R.Cəfərovun bu əməlləri təkzibolunmaz faktlarla sübuta yetirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist X.İsmayılovanın həbsinə gəlincə, Azərbaycanın bir sıra QHT-lərinin, habelə bəzi xarici təşkilatların Azərbaycandakı filial və nümayəndəliklərinin fəaliyyətində aşkar olunmuş qanun pozuntuları ilə bağlı 2014-cü il aprelin 22-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə cinayət işinə başlanılıb. Həmin iş çərçivəsində müəyyən edilib ki, qeyri-kommersiya təşkilatı olan “Azad Avropa / Azadlıq Radiosu”nun Bakı Bürosunun rəhbəri Xədicə İsmayılovanın xidməti vəzifələrinin icrası zamanı vəsaitlərin dövlət büdcəsindən yayındırılması, qanunsuz sahibkarlıqla məşğul olmaq, mənfəət vergisini ödəməkdən yayınma və digər qeyri-qanuni əməllər törətməkdə şübhələr olduğundan, o, 2015-ci il fevralın 13-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibinin vahid icraatda hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə 2015-ci il fevralın 19-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.2-ci və 125-ci maddəsi ilə olan cinayət işləri birləşdirilib. Bunun əsasında 2015-ci il fevralın 24-də Xədicə İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 125-ci maddələri ilə yenidən ittiham elan edilib, işin mürəkkəbliyi ilə əlaqədar olaraq, onun həbsdə saxlanma müddəti uzadılıb. Hazırda istintaq gedir. Göründüyü kimi, hər iki şəxs siyasi fəaliyyətinə görə deyil, konkret cinayət əməlinə və ya əməllərinə görə həbs edilib.
Söz-mətbuat azadlığı ilə bağlı məsələlərə gəlincə, bu barədə də Britaniya və Azərbaycan reallıqlarını müqayisə etmək olar. Belə ki, bir neçə il öncə Böyük Britaniya kraliçası II Yelizaveta mətbuata nəzarətlə bağlı mexanizmi müəyyənləşdirən Xartiya imzalayıb. Həmin Xartiya o zaman böyük siyasi səs-küyə səbəb olmuşdu. Çünki bu sənəd Rupert Merdokun nəşriyyat imperiyası jurnalistlərinin tanınmış Britaniya vətəndaşlarının və hətta Kraliçanın nəvələrinin şəxsi həyatlarına müdaxilə etməsi faktlarına görə cəzalandırılması üçün tədbirləri də nəzərdə tuturdu. Bu sənəd Böyük Britaniyada KİV-lərin işlərinin nizamlanması məsələsini müəyyənləşdirir. Mətbuata və televiziyaya nəzarətin gücləndirilməsini nəzərdə tutan yeni qaydalara görə, Britaniya qəzetləri könüllü olaraq yeni tənzimləyici orqan yaradır və bu orqanlar jurnalistlərin etik normalarına nəzarət edirlər. Bu tənzimləyici orqan jurnalistika etikasını pozan qəzetləri bir milyon funt sterlinq məbləğində cərimə ilə cəzalandırmaq hüququna malikdir. Ümumən götürdükdə, Kraliçanın bu Xartiyasının əsas məqsədi jurnalistlərin fəaliyyətinə ciddi nəzarət etməkdir. Bu Xartiya artıq öz nəticəsini verir. Belə ki, KİV-lər artıq özünüidarə orqanından dövlət nəzarətindəki orqanlara çevriliblər. Bu, mətbuata ciddi nəzarət olunması, dolayısı ilə mətbuatın senzura altında fəaliyyət göstərməsi anlamına gəlir. Halbuki, Azərbaycanda senzura hələ 1998-ci ildə ləğv edilib. 2003-cü ildə isə Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan – Azərbaycan Mətbuat Şurası yaradılıb. Bu orqan bu günədək effektiv fəaliyyət göstərməkdədir.
Sadalanan faktlardan bir daha aydın olur ki, BBC əsl faktları təhrif etməklə məqsədli şəkildə anti-Azərbaycan kampaniyası aparanlara dəstək verir. Təbii ki, bu zaman BBC-nin Cənubi Qafqaz üzrə regional koordinatoru rolunda çıxış edən Rayhan Dimitrinin üzərinə xüsusi iş düşür. Qeyd edək ki, bu xanım əslən Özbəkistandandır. BBC-nin əlində alətə çevrilmiş R.Dimitri Ermənistanın Azərbaycana qarşı təcavüzü, həmçinin də azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinə tamamilə biganəliyini dəfələrlə sübut edib. 2014-cü ilin dekabrında Azərbaycana səfər edən bu xanım cəbhə xəttində yaşayan azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşməli olduğu halda, nümayişkaranə olaraq yorğunluğunu bəhanə gətirərək, görüşdən imtina edib. Sonra hazırladığı reportajı Azərbaycanda insan hüquqlarına həsr edən R.Dimitri BBC-nin redaksiya siyasətinə uyğun olaraq azərbaycanlı qaçqınların problemlərindən yalnız səthi, məhdudlaşdırılmış məlumat verib. Azərbaycan Respublikasının qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətsizliyin bariz nümunəsi olaraq, bu xanım BBC-nin çəkiliş heyəti ilə birlikdə 2015-ci ilin fevral-mart aylarında Azərbaycanın işğal olunmuş ərazilərində olub. İşğal olunmuş ərazilərdə ilhama gələn R.Dimitri burada yaşayan ermənilərin “humanitar” problemlərindən ağız dolusu danışmağa başlayıb, “yazıq və məzlum ermənilər” imicini yaratmaq üçün dəridən və qabıqdan çıxıb.
BBC tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünü təşviq edən bu xəttin davamı kimi Rayhan Dimitridən sonra BBC-nin ərəb xidmətinin nümayəndəsi də qanunsuz olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Hətta BBC-nin bu azğınlaşmış siyasətinin davamı kimi Azərbaycanın işğal olunmuş ərazilərindəki rejimə “Dağlıq Qarabağ Respublikası” deyə müraciət eləyib. Bütün bunların fonunda R.Dimitrinin Avropa Oyunları ilə əlaqədar BBC-nin doktrinasına uyğun olaraq yazdığı yazı qərəzdən başqa bir şey deyil. Qərəzliliyin başqa bir nümunəsi ondan ibarətdir ki, bu yazının hazırlanması zamanı R.Dimitri tərəfindən formallıq naminə Azərbaycanın rəsmi mövqeyini almaq üçün müraciət edilsə də və operativ qaydada XİN-nin Mətbuat xidməti tərəfindən cavab alsa da, bu mövqeyin heç birinə yazısında yer verməyib.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan gücləndikcə, regionun lider dövlətinə çevrildikcə, müstəqil siyasət yürüdərək beynəlxalq aləmdə böyük nüfuza sahib olduqca, etibarlı tərəfdaşa çevrildikcə, bu, bəzi xarici dairələri ciddi narahat edir. Bu narahatlıqdan irəli gələrək anti-Azərbaycan kampaniyalara start verilir, bundan ölkəmizə qarşı təzyiq və təsir kimi istifadə edilməyə çalışılır. Hər dəfə ölkəmizdə önəmli beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində isə bu kampaniya daha da eybəcər formalar alır. Amma Avropa Oyunlarının açılış və bağlanış mərasimlərindən sonra bu dairələr öz fəaliyyətlərinin nə qədər səmərəsiz və məntiqsiz olduğunu görəcəklər. Azərbaycan bu mübarizədən də qalib çıxdığını bir daha bütün dünya sübut edəcək.
“Azadinform” Analitik Qrupu