• cümə axşamı, 09 may, 01:40
  • Baku Bakı 15°C

Baş mama-ginekoloq: "Ölkədə erkən doğumların statistikası azalmağa doğru gedir”

05.05.21 14:30 521
Baş mama-ginekoloq: "Ölkədə erkən doğumların statistikası azalmağa doğru gedir”
"Hamiləlikdə erkən yaş dedikdə 15-17 yaş arası nəzərdə tutulur”.
APA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib. O bildirib ki, bu, gənc orqanizmin yetkin olmaması, bütün daxili orqanların yetişməməsi deməkdir: "Gənc qadın hamiləliyi sona çatdırmamaq kimi risklər daşıyır. Onlarda adətən doğuş baş verdikdə doğum travmaları, çanaqdibi əzələlərin yararsızlığı, azçəkili yetişməmiş uşaqların doğulması, qanaxmalar kimi fəsadlaşmalara rastlanır. Onu da qeyd edim ki, ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir”.

banner

Oxşar Xəbərlər