Baş Dövlət Yol Polisinin əməkdaşları qadın sürücüləri təbrik edib - FOTO
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilətədbirlər keçirilir.
APA-nın xəbərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif ƏsədovAPA-ya açıqlamasında bildirib ki, bu məqsədlə sürücülərlə maarifləndirici söhbətlər aparılır və əməkdaşlar tərəfindənxanım sürücülərə hədiyyələr təqdim olunur.Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.
Qurum rəsmisi qeyd edib ki, münasibəti ilə təşkil olunan tədbirlər gün ərzində davam etdiriləcək.