• şənbə, 27 Aprel, 09:23
  • Baku Bakı 12°C

Bariatik cərrahi əməliyyat çəki itirmək üçün son nəticədə tətbiq oluna bilər

21.06.22 16:00 3538
Bariatik cərrahi əməliyyat çəki itirmək üçün son nəticədə tətbiq oluna bilər

Arıqlamaq, çəki itirmək indi ən aktual sağlamlıq problemlərindən biri olaraq qalır. Bunun üçün ən müxtəlif üsullardan istifadə olunur. Hətta artıq kilolardan xilas olmaq üçün cərrahi əməliyyat etdirənlər də var.

AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Ofeliya Tahirova bununla əlaqədar olaraq deyib: “Cərrahi əməliyyat edilməsi üçün bir neçə şərt var. Bunun üçün ən əsası xəstənin çəkisi 120 kiloqramdan yuxarı, yaşı 40-dan çox olmalıdır. Əgər ciddi xəstəliklər və buna birbaşa göstəriş varsa, həmin halda cərrahi müdaxiləyə üz tutmaq olar. Lakin ilk növbədə hər kəsə sağlam şəkildə çəki itirmək və sağlam şəkildə piylənmədən azad olmaq lazımdır. Pəhriz saxlamaq da buna kömək etməsə və uğursuz olsa, onda son nəticədə bariatik cərrahi əməliyyatı etdirmək olar”.

banner

Oxşar Xəbərlər