AZE | RUS | ENG |

Balaton gölü populyarlığını qoruyub saxlayır

Balaton gölü populyarlığını qoruyub saxlayır
Macarıstan Turizm Bazarının Tədqiqi və Təşkili Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə, Avropanın ən iri gölü olan Balaton turistlər üçün populyarlığını qoruyub saxlayır. Bu ölkənin vətəndaşları ilə yanaşı, qonşu Avstriyadan gələn turistlər də gölün yaxınlığındakı istirahət zonasına təkcə yayda deyil, həm də qışda axın edirlər.
AZƏRTAC xəbər verir ki, respondentlərin üçdəbiri bildirib ki, onlar "Macarıstanın dənizi” adlanan bu istirahət məkanına hər il gedirlər. Bu turizm istiqamətini ən sevimli adlandıran səyahətçilərin arasında gənclərin sayı getdikcə artır. Belə ki, 18-29 yaş arasında olan gənc respondentlər Balatona festivallarda iştirak etmək üçün yaşlı insanlar isə qastronomik tədbirlərə və şərab dequstasiyalarına qatılmaq üçün getdiklərini bildiriblər.
Balaton gölünün ətrafındakı ən populyar məkanlar Şiofok, Tixan və Balatonfüred kurortlarıdır. Gölün qərbində yerləşən Heviz termal su şəhərciyi də turistlərin sevdiyi məkandır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967