şənbə, 21 May, 12:24

Baku Bakı 20°C

Bakıda buster doza peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb

icon 108 icon 29 dekabr 2021 | 13:12 Bakıda buster doza peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb

Bu il Bakıda 3-cü doza peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb.
Bu barədə"Kaspi"yə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir.
Onlardan 17 939 nəfəri artıq 3-cü doza peyvənd olunub.
"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.
Bu məqsədlə hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir.
Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə ilk qoşulanlardandır.