• cümə, 26 Aprel, 18:56
  • Baku Bakı 22°C

Bakı-Tbilisi qatarının hərəkəti bərpa oluna bilər

10.01.22 12:51 650
Bakı-Tbilisi qatarının hərəkəti bərpa oluna bilər

Gürcüstan Azərbaycanla dəmir yolu vasitəsilə sərnişin daşımalarının bərpası istiqamətində danışıqları davam etdirir.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoruDavid Peradze"Forbes” jurnalına müsahibəsində bildirib.
O deyib ki, Bakı və Tbilisi arasında qatar reyslərinin bərpasının dəqiq vaxtı daha sonra açıqlanacaq.
Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb. 2021-ci ildə Gürcüstan dəmir yolu ilə sərnişin daşımalarını yalnız Ermənistan istiqamətində bərpa edib.
banner

Oxşar Xəbərlər