AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub
Emil Məsimov AzerTelecom şirkətinin Direktorlar şurasının sədri vəzifəsinə təyin edilib. Direktorlar şurasının sabiq sədri Fuad Allahverdiyev AzerTelecom şirkətindən, eləcə də NEQSOL Holding-dən noyabr ayında ayrılıb.
Cənab Məsimov 18 ildən artıqdır ki, telekommunikasiya sektorunda fəaliyyət göstərir. O, hazırda Azerconnect şirkətinin Baş direktoru olmaqla bərabər informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir neçə böyük şirkətin Müşahidə Şurasında təmsil olunur.
Emil Məsimov biznesin idarə edilməsi üzrə İngiltərənin Mançester Universiteti və Harvard Biznes Məktəbinin məzunudur. AzerTelecom Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir.
NEQSOL Holding on bir ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12.000-dən çox işçi heyətinə malikdir.