Azercellin eksklüziv təklifləri “Bakutel 2017” sərgisində

"Bakutel 2017”
sərgisində Azercell Telekom MMC bir sıra
texnoloji yenilikləri nümayiş etdirir.
Bu il "Bakutel”in nəinki əsas iştirakçılarından biri, həmçinin, baş sponsoru
olan Azercell Telekom dörd gün ərzində innovativ yeniliklərini ziyarətçilərə
təqdim edəcək. Stendin bir hissəsi yeni "Azercell Exclusive"
konsepsiyasına aiddir. Bu hissədə yeni nəsil İT üzrə həll variantları, 4G
və 5G texnologiyalara aid müxtəlif innovativ mobil xidmətlər, müasir mobil
cihazlar nümayiş olunur. Burada sərgi ziyarətçiləri, Azercell tərəfindən təqdim
olunan son model telefonlarla tanış olub, onları yerində test edə, məhsul, xidmətlər
haqqında peşəkar təmsilçilərdən ətraflı məlumat ala bilərlər.
Azercell-in prezidenti Vahid Mürsəliyev "Bakutel” sərgisində şirkətin yeni biznes həllini tam gücü ilə müştərilərin ixtiyarına verdiyini qeyd etdi. Belə ki, ölkəmizdə ilk dəfə tətbiq olunan "Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar: "Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt”in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarla bizneslərə eksklüziv imkanlar verir. Bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar”. V.Mürsəliyev qeyd etdi ki, "Smart parking” adlı digər bir texnologiya isə küçədəki kameraların köməyi ilə maşınlar üçün parklama yerinin axtarılıb tapılmasına yardım edir. Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini qeyd edən şirkətin prezidenti? mobil kommunikasiyada təhlükəsizliklə bağlı problemləri həll edən "Azercell Plus Təhlükəsizlik” xidməti ilə şirkətin stendində ətraflı tanış olmağın mümkünlüyünü bildirdi: "Bu proqram fayllar, proqramlar və saytların təhlükəsizliyini dərhal yoxlayır, viruslara və digər təhdidlərə qarşı müdafiəni təmin edir, naməlum saytlar tərəfindən şəxsi məlumatların əldə edilməsinin qarşısını alır. Proqram arzuolunmaz saytlara keçid, habelə virusa yoluxmuş və saxta saytlara keçiddən qoruyur, təhlükəsiz onlayn ödəniş imkanı verir. Həmçinin, açıq Wi-Fi şəbəkələrinin təhlükəsizliyini yoxlayır, veb kameraya icazəsiz keçidə imkan vermir. "Azercell Plus Təhlükəsizlik” xidmətinin üstün cəhətlərindən biri də İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsidir”.
V.Mürsəliyev Azercellin musiqisevər abunəçilərini də unutmadığını qeyd edərək sərgidə "Azercell Plus Musiqi” xidmətinin hər kəsə sevimli musiqi parçalarını, müxtəlif melodiya və mahnılarını istənilən vaxt və istənilən yerdə dinləmək imkanı verdiyini dedi: "Bu xidmətlə 28 milyondan artıq musiqi parçasını telefonda toplamaq mümkündür. "Azercell Plus Musiqi" ilə populyar mahnıların siyahılarını yaratmaq, onları sosial şəbəkələrdə paylaşmaq imkanını əldə etmək olar. Üç dil seçimi verən xidmətdən Azercell abunəçiləri, bir ay ərzində pulsuz istifadə edə bilirlər”.
Yuxarıda sadalanan özəlliklərdən başqa, "Valideyn Nəzarəti", həmçinin, uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, övladların qoşulduğu qruplardan xəbərdar olmağa, uşaqların yerini müəyyənləşdirmək və onlar üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir. V.Mürsəliyev Azercellin stendində ən maraqlı bölmələrdən biri kimi son nəsil texnologiyaların nümayiş olunduğu sahəni dəyərləndirdi: "Burada telefonla "Bulud” texnologiyaları üzərindən idarə olunan robot ziyarətçilərin xüsusi marağına səbəb olur”. Həmçinin "Texnologiya” bölməsində sərgilənən kiçik bir kubun – "Connected cube” köməyilə ağıllı idarəetmənin şahidi olmaq mümkündür.
Qeyd edildi ki, "Bakutel 2017” sərgisinin keçirildiyi dörd gün ərzində Azercell stendinin ən aktiv və şən guşəsi olan əyləncə zonası? ziyarətçiləri üçün xoş sürpriz, hədiyyələr qazandıran müsabiqə və viktorinalarla zəngin olacaq. Hamını Azercell stendini ziyarət etməyə və buradakı ən son yeniliklərdən həm iş, həm də əyləncə üçün istifadə etməyə dəvət edirik!