AZE | RUS | ENG |

Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi 53 faiz artıb

Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi 53 faiz artıb
2019-cu ilin ilk beş ayı ərzində Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 53 faiz artıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda deyib.
Nazir qeyd edib ki, Azərbaycan Fransa iqtisadiyyatına 2,6 milyard dollar investisiya qoyub:
"Fransanın Azərbaycan iqtisadiyyatına investisiyalarının həcmi 2,2 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda 45 Fransa şirkəti fəaliyyət göstərir. Fransız şirkətləri sənaye, nəqliyyat, tikinti, telekommunikasiya və digər sahələrdə peşəkar səviyyədə işləyir. Onlar həmçinin, neft emalı zavodunun modernləşdirilməsi və rekonstruksiyasında fəaldırlar. Bundan başqa, mən "Total” şirkətinin Azərbaycanda çoxillik, uğurlu fəaliyyətini qeyd etmək istərdim”.
Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda Fransanın əsas tərəfdaşıdır və Fransanın bu regionda ticarət dövriyyəsinin 62,4 faizi Azərbaycanın payına düşür.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873