• cümə, 29 Mart, 11:39
  • Baku Bakı 5°C

Azərbaycanın Gürcüstandakı səfiri bu ölkənin XİN-də görüş keçirib

19.04.21 15:00 1137
Azərbaycanın Gürcüstandakı səfiri bu ölkənin XİN-də görüş keçirib
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev bu ölkənin xarici işlər nazirinin müavini Laşa Darsalia ilə görüşüb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasındakı ikitərəfli əməkdaşlıq əlaqələrinin gündəliyindəki cari məsələlər barədə müzakirə aparıblar.
Qeyd olunub ki, söhbət zamanı regiondakı vəziyyətə xüsusi diqqət ayrılıb, regional sülh və stabilliyə ehtiyac bir daha təsdiqlənib.
Məlumatda qeyd olunub ki, görüş zamanı yeni reallıq səbəbi ilə bölgə ölkələri beynəlxalq birliyin gündəminə uyğun olacaq şəkildə sıx əməkdaşlıq etməlidirlər. Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar.
banner

Oxşar Xəbərlər