• şənbə, 11 May, 06:23
  • Baku Bakı 12°C

Azərbaycanda ötən il 22 kişi həyat yoldaşı tərəfindən fiziki şiddətə məruz qalması ilə bağlı MÜRACİƏT EDİB

04.01.22 10:30 414
Azərbaycanda ötən il 22 kişi həyat yoldaşı tərəfindən fiziki şiddətə məruz qalması ilə bağlı MÜRACİƏT EDİB
"Ötən il "Azərbaycan Uşaqları” İctimai Birliyinin qaynar xəttinə 332 nəfər tərəfindən müraciət olunub”.
Bu barədə İctimai Birliyin 2021-ci il üçün hesabatında qeyd edilib.
Bildirilib ki, məişət zorakılığı zəmnində 78 nəfər qadın, 22 nəfər kişi Birliyə müraciət edib.
Həmçinin 27 nəfər qadın həyat yoldaşları tərəfindən zorakılığa məruz qaldığı üçün, 59 nəfər qadın aliment tələbi ilə bağlı məsləhət istəyib.
Onların içində 118 nəfərin (həm qadın, həm də kişi)sosial problemlər və uşaqların sığınacağa yerləşdirilməsi ilə bağlı müraciətləri də yer alıb.
Qeyd edək ki, 2021-ci ildə qaynar xəttə 10-18 yaş arası28 nəfər yeniyetmə də müraciət edib. Buna səbəb isə ailə münaqişəsi, erkən nişanlanma, təhsildən uzaqlaşdırılma olub.
banner

Oxşar Xəbərlər