AZE | RUS | ENG |

Azərbaycanda qarğıdalının hibrid toxumçuluğunun təşkilinə başlanılıb

Azərbaycanda qarğıdalının hibrid toxumçuluğunun təşkilinə başlanılıb
Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Türkiyənin bəzi tədqiqat mərkəzləri ilə "Qarğıdalının hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsini həyata keçirir.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə bildirilib ki, layihə çərçivəsində ekspert qismində Azərbaycana gəlmiş Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Adana şəhərindəki Doğu Akdeniz Tarım Araştırma İnstitutunun direktor müavini, qarğıdalı üzrə tədqiqatçı Dr. İbrahim Cerit, Doğu Akdeniz Tarımsal Araştırma Enstitüsü Müdürlüyünün əməkdaşı Dr. Gönül Cömertpayın və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun "Bitki seleksiyası” şöbəsinin elmi işçisi Həlimə Məmmədovanın birgə iştirakı ilə Türkiyədən gətirilmiş qarğıdalının haploid xətlərinə aid toxumlar seçilərək laboratoriya şəraitində cücərdildikdən sonra tarlaya köçürülüb.
Layihə çərçivəsində Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili, fermerlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967