
Ölkəmizdə Çinin istehsal etdiyi peyvənddən istifadə olunacaq
Cəmiyyət
15 Yanvar 2021, 17:15
167
"Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb”.
Kaspi.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.
O qeyd edib ki, bu məsələdə Türkiyə ilə əməkdaşlıq davam etdiriləcək: "Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi”.
Digər xəbərlər