• cümə, 29 Mart, 11:05
  • Baku Bakı 5°C

Azərbaycanda gələn ay 27 kiçik dövlət müəssisəsi və obyekti hərraca çıxarılacaq

22.01.21 12:45 435
Azərbaycanda gələn ay 27 kiçik dövlət müəssisəsi və obyekti hərraca çıxarılacaq
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 16 fevral tarixində təşkil ediləcək.
Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, hərraca 27 dövlət əmlakı (kiçik dövlət müəssisə və obyekti) çıxarılacaq. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından (emlak.gov.az) tanış olmaq olar.
Hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) "Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

banner

Oxşar Xəbərlər