Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 2 % artıb

2022-ci ildə Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 115,4 milyon manat vəsait daxil olub.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə isə 2,4 % çoxdur.