çərşənbə, 25 May, 20:08

Baku Bakı 19°C

Azərbaycanda daha 54 dövlət əmlakı hərraca çıxarılacaq

icon 135 icon 27 yanvar 2022 | 14:36 Azərbaycanda daha 54 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fevralın 22-də hərrac keçirəcək. Hərracda iştirakçılara54dövlət əmlakı təklif ediləcək.
Bu barədə"Report”Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, bunlardan6-sı səhmdar cəmiyyətlərin səhm paketi,17-si kiçik dövlət müəssisə və obyekti,2-si yarımçıq tikili,29-u isə nəqliyyat vasitəsidir.
Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının30-45%-ini təşkil edir.
Kiçik dövlət müəssisə və obyektlərinin 1-i istisna olmaqla, qalanları bölgələrimizdə yerləşir. Paytaxtda yerləşən 42 saylı mağazanın ümumi faydalı sahəsi1 664,4kvadratmetr, ilkin satış qiyməti400 000manatdır.
Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılacaq. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya, Avropa, Yaponiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi1970-2009-cu illər arasında dəyişir.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3mmNVpB).
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin10%-i məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) "Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.