• cümə, 29 Mart, 17:48
  • Baku Bakı 14°C

Azərbaycan Türkiyədən kimyəvi məhsul idxalını artırıb

28.05.20 16:00 651
Azərbaycan Türkiyədən kimyəvi məhsul idxalını artırıb
2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 25,32 faiz artaraq 118,778 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Aprel ayında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin apreli ilə müqayisədə 25,37 faiz artıb və 36,622 milyon dollara bərabər olub.
Yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz azalaraq 6,044 milyard dollar təşkil edib.
ƏTRAFLI
Project GLO
Kimyəvi məhsulların ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 11,7 faizə bərabər olub.
Son 12 ay ərzində (aprel 2019 - aprel 2019) Türkiyə 19,847 milyard dollar məbləğində kimyəvi məhsul ixrac edib.
banner

Oxşar Xəbərlər