• şənbə, 27 Aprel, 05:25
  • Baku Bakı 14°C

Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi aradan qalxıb

14.06.21 10:45 293
Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi aradan qalxıb
Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb. Samur Gömrük PostundanAPA-nın şimal bürosuna verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxıla yük maşınlarının sayı artırılmışdı.

banner

Oxşar Xəbərlər