• cümə, 26 Aprel, 21:50
  • Baku Bakı 22°C

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb

13.01.22 10:58 486
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti1,57ABŞ dolları, yaxud1,8% artaraq88,45ABŞ dollara çatıb.
Bu barədə"Report”a neft bazarındakı mənbə məlumat verib.
Ötən gün "Brent” markalı neftin bir bareli84,47ABŞdolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti50ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı25%-dir.
banner

Oxşar Xəbərlər