• çərşənbə axşamı, 16 aprel, 14:07
  • Baku Bakı 19°C

Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı düşüb

03.02.23 09:18 621
Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,27 ABŞ dolları, yaxud 2,63 % azalaraq 84,14 ABŞ dolları təşkil edib.

Bu barədə Kaspi.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 82,17 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

banner

Oxşar Xəbərlər