• cümə, 26 Aprel, 22:42
  • Baku Bakı 22°C

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

23.12.21 12:30 485
Azərbaycan neftinin qiyməti 77 dolları ötüb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 21-də 77,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel çoxdur.
Bu barədəTrend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,8 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,11 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,39 dollar/barel çoxdur.
banner

Oxşar Xəbərlər