Azərbaycan mədəniyyəti Xarkovda təbliğ olunub

Azərbaycan mədəniyyəti Xarkovda təbliğ olunub

Mədəniyyət
25 Avqust 2019, 13:39 4038
Ukraynanın Xarkov şəhərinin yaradılmasının 365-ci ildönümü münasibətilə təşkil olunan konsertdə Azərbaycan mədəniyyəti təbliğ edilib.
 
AZƏRTAC xəbər verir ki, bir çox xarici ölkələrin şəhər merlərinin, dövlət administrasiya rəhbərlərinin və diplomatik nümayəndəliklərin qatıldığı tədbirdə çıxış edən müğənni Vaqif Nağıyev göstərdikləri dəstəyə görə Xarkov şəhər meriyası və Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürünü bildirib.
 
Sonra V.Nağıyevin ifasında Azərbaycan və Ukraynanın estrada mahnıları səsləndirilib. Onun ifası alqışlarla qarşılanıb.
 
Daha sonra konsert digər ölkələrin müğənnilərinin ifası ilə davam etdirilib.