• cümə, 29 Mart, 17:29
  • Baku Bakı 14°C

Azərbaycan Gürcüstanda keçiriləcək rəsm sərgisində təmsil olunacaq

16.05.19 11:30 679
Azərbaycan Gürcüstanda keçiriləcək rəsm sərgisində təmsil olunacaq
Mayın 17-də Gürcüstan paytaxtında Tbilisi incəsənət sərgisi (Tbilisi Art Fair) açılacaq.
AZƏRTACxəbər verir ki, 16 ölkədən 33 qalereya və 38 rəssamın qatılacağı beynəlxalq sərgidə Azərbaycan da təmsil olunacaq. İştirakçı ölkələr arasında Gürcüstanla yanaşı, Azərbaycan, Fransa, İtaliya, Bolqarıstan, Serbiya, İsveçrə, Avstriya, Çin, ABŞ, Kuba, Belçika, Almaniya, İspaniya, Portuqaliya və Litva da var.
Mayın 19-dək davam edəcək sərgi iki pavilyonda təşkil olunacaq. Pavilyonların birində yerli və xarici ölkələrin qalereyalarının əsərləri sərgilənəcək, digərində isə iştirakçı rəssamlar üçün seminarlar təşkil olunacaq.
Tədbir Gürcüstan hökuməti və Tbilisi meriyasının dəstəyi ilə keçiriləcək.
banner

Oxşar Xəbərlər