• cümə, 26 Aprel, 22:14
  • Baku Bakı 22°C

Azərbaycan Fəcr Beynəlxalq Film Festivalında təmsil olunacaq

24.05.21 18:15 996
Azərbaycan Fəcr Beynəlxalq Film Festivalında təmsil olunacaq
Azərbaycan 38-ci Fəcr Beynəlxalq Film Festivalında təmsil olunacaq.
"Report”xəbər verir ki, gənc rejissorLətif Lətifsoyun"Anya” adlı ilk qısametrajlı filmi festivalın iki əsas müsabiqə bölməsindən biri "Eastern Vista”ya seçilib.
Eksperimental-sənədli janrda olan film əvvəlki həyatında bir kənddə rus dili və ədəbiyyatı müəlliməliyi edən yaşlı Anyanın həyatından epizodlar təqdim edərək, onun düşüncə və xəyal dünyasının dərinliklərindən bəhs edir. Filmin xronometrajı 12 dəqiqədir.
Qeyd edək ki, festivalın 38-ci buraxılışı bu ilin 26 may - 2 iyun tarixlərində İranın Tehran şəhərində keçiriləcək.
Festival Asiya, Avropa və Böyük Orta Şərqdə ən prestijli və nüfuzlu festivallardan biri hesab olunur.
banner

Oxşar Xəbərlər