• cümə, 26 Aprel, 17:14
  • Baku Bakı 23°C

Azərbaycan ənənəvi kənd təsərrüfatı yarmarkalarını bərpa edir

10.06.21 12:30 268
Azərbaycan ənənəvi kənd təsərrüfatı yarmarkalarını bərpa edir
Azərbaycanda ənənəvi kənd təsərrüfatı yarmarkaları yenidən bərpa olunacaq.
Bunu "APA-Economics"ə Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazirin sözlərinə görə, əsas məhdudlaşdırıcı amil pandemiya şəraitində tətbiq edilən məhdudiyyətlərdir. Məhdudiyyətlər daha az tətbiq edildiyi təqdirdə yarmarkalar təşkil olunacaq.

"Əlbəttə, təhlükəsizlik tədbirlərinə riayət etmək şərti ilə yarmarkalar, təkcə bal yarmarkası yox, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ənənəvi kənd təsərrüfatı yarmarkaları təşkil ediləcək", - nazir qeyd edib.
banner

Oxşar Xəbərlər