«Azadlıq» qəzeti İŞİD-in ruporu kimi

Müxalifət mətbuatı indi də dini radikalları təbliğ edir
Sabirabada baş verən məlum «saqqal hadisəsi» ekstremal şəraitdə medianın necə davranmalı olması mövzusunda bir mesaj idi. Bəzi media quruluşları bu xəbəri tələm-tələsik yaymaqla operativlik nümayiş etdirdiklərini düşünsələr də, sonradan səhvlərini anlamağa başladılar. Hadisədən qısa müddət sonra media baş verən bu olayın kifayət qədər həssas olduğunu nəzərə almağa, məsələyə də peşəkarcasına yanaşmağa başladı. Birmənalı olaraq belə mövqe formalaşdı ki, bəzi maraqlı qüvvələr bu kimi hadisələrin alovlandırmasında mediadan yararlanmağa çalışa bilərlər.
Amma bəzi mətbuat orqanları hələ də bu məsələnin nə qədər həssas olduğunu qulaqardına vuraraq baş vermiş olaydan hətta siyasi məqsədlər üçün istifadə etməyə davam edirlər. Bunların arasında ən fəallıq nümayiş etdirəni isə «Azadlıq» qəzetidir. Qəzet ilk gündən Sabirabada baş verən hadisələri «həvəslə» işıqlandırmağa çalışır. Məsələn, «Azadlığ»ın iyulun 8-də çıxan sayında manşeti «Bakıdan Sabirabada vəhabi yürüşü» sərlövhəli yazı olub. İyulun 9-da da qəzet birinci səhifəsindəki əsas yazılardan birini də bu olaya həsr edib. Maraqlıdır ki, hadisə ilə bağlı rolik də uzun müddət qəzetin internet səhifəsini «bəzəyib». Digər saytlar bir müddət sonra hadisəni əks etdirən kadrları səhifələrindən çıxarsalar da, «Azadlıq» qəzeti bunu etməyib.
Maraqlıdır ki, «Azadlıq» qəzetinin bağlı olduğu AXCP baş verənlərlə bağlı ictimaiyyətə və KİV-ə müraciət ünvanlayaraq hamını radikalizmi qızışdırmamağa çağırıb. Amma müstəqil mətbuatdan çox Əli Kərimlinin ruporuna çevrilən qəzet isə hətta partiyanın müraciətini də nəzərə almayıb. Diqqət yetirsək qəzet sistemli şəkildə dini radikalizmin təbliği ilə məşğul olduğu açıq görünür. «Azadlığ»ın son 3 gündə nəşr olunan saylarına göz gəzdirdikdə bunu asanlıqla görmək olar.
AXCP-nin bəyanatında qeyd edilir ki, «partiya eyni zamanda Kütləvi İnformasiya Vasitələrini məzhəblərarası münasibət kimi həssas məsələdə sensasiya dalınca qaçmamağa, qızışdırıcı mövqe tutmamağa, ölkəmizdəki dini dözümlülük mühitinin qorunub saxlanması üçün təmkinlə maarifçilik işi aparmağa çağırır». Çox gözəl! Bəs gəlin görək partiyanın bu çağırışına «Azadlıq» qəzeti necə əməl edir? Uzağa getməyə ehtiyac yoxdur. AXCP-nin sözügedən bəyanatının dərc olunduğu 9 iyul sayının 7-ci səhifəsində dərc olunan məqalədə Sabirabaddakı «saqqal olayı» siyasi möhtəkirlik hədəflərinə çevrilərək qərəzli fikirlər irəli sürülür. Həmin məqalədən sitat: «Ən dəhşətlisi: artıq dövlətin ədalətindən ümidini kəsib göylərin ədalətinə, «ilahi ədalət»ə pənah aparan çoxluq var».
Göründüyü kimi, «Azadlıq» qəzeti mətbuatın maariflədirmə funksiyasını bir kənara qoyaraq açıq şəkildə siyasi ədavəti qızışdırmaq yolu seçib. Başqa sözlə desək, qəzet ruporuna çevrildiyi partiyanın bəyanatındakı maarifləndirmə çağırışını siyasi ədavətə çevirmək çağırışı kimi qavrayıb. Belə olmasaydı, məqalələrin hazırlanması zamanı partiyanın bəyanatındakı çağırışa əməl etmiş olardılar. Amma biz bunu müşahidə edə bilmirik. Qəzet mütəmadi olaraq dini radikalizmi qızışdırır, öz səhifələrində insanları qıcıqlandıracaq yazılar dərc edir.
Əlbəttə, hər hansı bir KİV tərəfindən hakimiyyətin siyasi kursunun tənqid edilməsi başadüşüləndir. Amma bu kontekstdə dövlət maraqlarının arxa plana keçirilməsinə nə ad vermək olar?
Bütün bunlar onu göstərir ki, AXCP-nin Sabirabad hadisəsi ilə bağlı yaydığı bəyanat, KİV-lərə, ictimaiyyətə ünvanladığı müraciət siyasi riyakarlıqdan başqa bir şey deyildir. Sadəcə, Əli Kərimli yenə də özünü cəmiyyətə ağıllı kimi göstərməyə, «məsləhət verməkdən» qalmamağa çalışır. Başqa cür olsaydı, Əli Kərimli bəyanat yaymazdan öncə ruporu rolunu oynayan «Azadlıq» qəzetinin bu olaylar başlayanda bəri tutduğu qızışdırıcı rola əncam çəkərdi. Bunun üçün də bəyanat verməyə ehtiyac yox idi ki. Məsələn, təkcə 8 iyul sayında «Azadlıq» qəzeti Sabirabad olayları və İŞİD-lə bağlı 4 yazı dərc edib. Bu yazılardan ikisinin başlığını xatırlamaq kifayət edər ki, mövzunun nə dərəcədə qərəzli işləndiyinin şahidi olaq: «Bakıdan Sabirabada vəhabi yürüşü», «İŞİD Bakıda səfərbər olur».
Burada bir maraqlı məqama da diqqət yetirməyə ehtiyac var. «Azadlıq» qəzetinin kifayət qədər həssas mövzu ilə bağlı istinad etdiyi mənbələr də xeyli sual doğurur. Çox acınacaqlı haldır ki, qəzet daha çox anti-Azərbaycan mənbələrin məlumatlarını tirajlamaqla məşğul olur. Məsələn, «Azadlığ»ın bu həssas məqamda mövzu ilə bağlı istinad etdiyi mənbələrdən biri İRNA agentliyi olub. Bu mövzudakı digər bir yazıda isə adının çəkilməsini istəməyən mənbəyə istinad edilir. Təbii olaraq sual meydana çıxır: Adının çəkilməsini istəməyən təhlükəsizlik məsələləri üzrə ekspert niyə ölkədəki bu qədər qəzeti, informasiya agentliyini, internet portalları qoyub məhz «Azadlıq» qəzetinə müraciət edir? Və yaxud gəlin görək adının çəkilməsini istəməyən bu ekspertlər nə deyirlər? Deyirlər ki, «Azərbaycanda dini sahədə vəziyyət o qədər də ürəkaçan deyildir, radikal dini təmayüllər artıb». Məgər bunu demək bu qədər qorxuludur ki, həmin şəxslər adlarının çəkilməsini istəmirlər? Bəlkə qəzet özünün arzuladığı rəyi müəlliflərinin dilindən deyil, həmin bu ekspertlərin dilindən verməklə daha inandırıcı olmağa çalışır?
Təbii ki, AXCP-nin əsas mətbuat orqanının dini mövzulara bu qədər böyük yer ayırmasını qəzetlərin yay ayları ilə əlaqədar yaşanan mövzu qıtlığı ilə də əlaqələndirmək olar. Düşünmək olar ki, qəzet sadəcə olaraq səhifələrini doldurmaq üçün bu mövzunu şişirib-şişirib gündəmdə saxlamağa çalışır. Amma bu, heç də belə deyil.
İstənilən halda, bu faktlar bir daha təsdiqləyir ki, vaxtilə müstəqil mətbuatımızın polemika meydanı olan «Azadlıq» qəzeti bu gün sözün əsl mənasında antiAzərbaycan platformasına çevrilib.
F.QƏHRƏMANLI