Avstriya “Eurovision”a hazırlaşır

Dünyanın bir çox ölkələrinin maraqla izlədiyi “Eurovision” musiqi yarışması hər il insanlar arasında böyük rezonans doğurur. “Eurovision 2014” mahnı müsabiqəsinin qalibi Avstriya təmsilçisi Konçita olduqdan sonra bir sıra ölkələr sözügedən müsabiqəyə etinasız yanaşıb, əvvəlcə bu müsabiqəyə qatılmayacaqlarını bildirdilər. Lakin müsabiqənin keçiriləcəyi vaxt yaxınlaşdıqca, onlar öz vədlərinə xilaf çıxdılar. Artıq müsabiqədə iştirak edəcək ölkələr və onların hansı mahnı ilə neçənci sırada çıxış edəcəkləri də bəlli olub. Bir çoxları bu müsabiqəni əsl musiqi yarışması deyil, siyasi yarışma hesab etsə də, təşkilatçılar əksini söyləyərək bu kimi xəbərlərlə yarışmanın nüfuzuna xələl gətirmək istənildiyini deyirlər .
Artıq müsabiqənin başlamasına sayılı həftələr qalıb. Avstriyanın paytaxtı Vyanada baş tutacaq 60-cı “Eurovision 2015” mahnı müsabiqəsinin keçiriləcəyi arenada hazırlıq işlərinə start verilib. Möhtəşəm musiqi şousunun paytaxt Vyanada yerləşən “Wiener Stadthalle” arenasında keçiriləcəyi söylənilir. Arena 6 zaldan ibarətdir, 16 min tamaşaçı tutur. Xarici saytların yaydığı məlumata görə, ən mühüm işlərdən biri məkanın və ərazinin təhlükəsizliyinin yoxlanılması olub. Səhnədən tutmuş, mətbuat mərkəzinə qədər bütün işlərin başa çatması bir neçə həftə çəkəcək.
İştirakçı ölkələrin hansı yarımfinalda çıxış edəcəyini müəyyənləşdirmək üçün püşkatma mərasimi də keçirilib. Aydın olub ki, mayın 19-da keçiriləcək “Eurovision 2015”in I yarımfinalında 16 ölkə - Yunanıstan, Makedoniya, Estoniya, Niderland, Moldova, Finlandiya, Belçika, Ermənistan, Serbiya, Danimarka, Belarus, Rumıniya, Rusiya, Albaniya, Gürcüstan, Macarıstan, mayın 21-də keçiriləcək II yarımfinalda isə 17 ölkə - Azərbaycan, Norveç, İrlandiya, Çexiya, Litva, San-Marino, Malta, Portuqaliya, Monteneqro, İsveçrə, Sloveniya, Latviya, Polşa, İslandiya, İsrail, Kipr, İsveç təmsilçiləri finala çıxmaq uğrunda mübarizəyə qoşulacaqlar.
Bu il müsabiqədə ümumilikdə 39 ölkə təmsil olunacaq. İtaliya, İspaniya, Böyük Britaniya, Almaniya, Fransa və ötən ilin qalibi olan Avstriya isə birbaşa mayın 23-də keçiriləcək final mərhələsində iştirak edəcəklər.
Qeyd edək ki, “Eurovision 2015”i qazanmağa ən şanslı namizəd kimi göstərilən İsveç birinciliyini qoruyur. İsveçin əmsalı 3.50-dən 2.50-yə enib (İsveçə yatırım edən şəxslər skandinavlar qalib gəldiyi təqdirdə, hər dollara görə 2,5 dollar qazanacaqlar). İsveçi müsabiqədə “Heroes” mahnısı ilə Mans Zelmerlou təmsil edəcək. Azərbaycanın əmsalı isə 21.00-dan 26.00-a qalxıb və ölkəmiz 8-ci pillədən 9-cu pilləyə yüksəlib.
“Eurovision” mahnı müsabiqəsində iştirak edəcək ölkələr arasında Türkiyənin adı bu il də yoxdur. Belə ki, Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə “Eurovision 2015”-də iştirak etməyəcək. 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqədə iştirak edəcəyini açıqlamışdı.
Ötən gün isə “Eurovison 2015” mahnı müsabiqəsinin iştirakçısı olan ölkələrin yarımfinalda çıxış ardıcıllığı açıqlandı. Müsabiqənin rəsmi saytında yerləşdirilən siyahıda Azərbaycanın ikinci yarımfinalda mübarizə aparacağı qeyd olunub. Azərbaycan təmsilçisi səhnəyə 11-ci çıxacaq.
İlk yarımfinalda ölkələrin çıxış ardıcıllığı belədir: Moldova, Ermənistan, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya və Gürcüstan. İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San-Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.
İlk yarımfinal mayın 19-da, ikinci yarımfinal mayın 21-də olacaq. Müsabiqənin finalı isə mayın 23-nə təyin olunub. Müsabiqəyə ev sahibliyi edəcək Avstriya təşkilatçıların qərarına əsasən, finalda 14-cü çıxış edəcək. Ölkələrin finaldakı iştirak ardıcıllığı isə yarımfinalların nəticəsi məlum olandan sonra müəyyənləşəcək.
Yuxarıda qeyd etdiyimiz kimi, dünyanın maraq dairəsində olan yarışmadan bir çox ölkələr siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Belə ki, İsrail Macarıstanın “Eurovision 2015” mahnı müsabiqəsindəki mahnısına etirazını bildirdib. Buna səbəb müğənni Boqlarka Çemenin ifa etdiyi “Heç nədən müharibə” (“Wars For Nothing”) kompozisiyasında Qəzza sektorunda gedən müharibədən söz açılmasıdır. Mahnının sözlərində İsrailin 2014-cü ilin yayında HAMAS hərəkatı ilə apardığı müharibə pislənir. Bundan başqa, mahnıda Qəzza sektorunda həlak olmuş uşaqların sayı da göstərilir. Bununla belə, kompozisiyada İsrailin adı çəkilmir. İsrailin Budapeştdəki səfiri Aylan Mor Macarıstanı bu ifadələri mahnıdan çıxarmağa çağırıb. Macarıstan tərəfi mahnının sözlərində korrektə ediləcəyinə söz verib.
Bu cür addımı təkcə Macarıstan atmayıb. Hər zaman yalançı iddialarla çıxış edən, dünya siyasi arenasında öz nüfuzunu itirən Ermənistan da bu metoddan istifadə etməyə çalışıb, amma istədiyinə nail ola bilməyib. “Eurovision 2015” mahnı müsabiqəsində Ermənistanda və 5 qitədə yaşayan erməni müğənniləri qondarma “erməni soyqırımı”ndan bəhs edən “İnkar etmə” mahnısını ifa etməyə cəhd göstərdilər. Həmin mahnı ilə Ermənistanı “Genealogy” qrupu təmsil edəcəkdi. Qrupun ifa edəcəyi “Don`t deny” mahnısı 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən və qondarma “erməni soyqırımı” adlandırılan hadisənin 100 illiyinə həsr edilmişdi. Mahnını Asiya, Afrika, Avropa, Avstraliya və Ermənistandan olan beş sənətçi ifa edəcəkdi. Ankara təbii ki, bu uydurma hadisəni soyqırımı kimi tanımaqdan haqlı olaraq imtina edir. Bu məsələyə Azərbaycan tərəfi də öz etirazını bildirmişdi. Çox keçmədi ki, Ermənistan “Eurovision 2015” mahnı müsabiqəsinə təqdim etdiyi “Don’t deny” (“İnkar etmə”) mahnısının adını dəyişdi. Mahnı “Face The Shadow” (Kölgə ilə üzləş) adlandırılıb. Qərar iştirakçı ölkələrin nümayəndə heyətlərinin görüşündə qəbul edilib. Təşkilat komitəsi mahnının adı dəyişildikdən sonra Ermənistanın iştirakını təsdiqləyib. Erməni tərəfi mahnının adının dəyişdirilməsini mahnının siyasi motivli olması barədə yayılan məlumatlara son qoymaq üçün etdiyini açıqlayıb. Müsabiqənin təşkilatçıları “Eurovision” mahnı müsabiqəsində bütün siyasi motivləri rədd edir, yarışmanın sülh, tolerantlıq və dözümlülük məqsədi daşıdığını bildirirlər.
Ölkəmizə gəlincə isə, bu il Azərbaycanı sözügedən müsabiqədə 2007-ci ildə “Day after day” mahnısı ilə Samirlə birlikdə çıxış edən Elnur Hüseynov təmsil edəcək. O, artıq ikinci dəfədir ki, bu müsabiqədə iştirak edir. “O səs Türkiyə” yarışmasında qalib olduqdan sonra “Eurovision” Azərbaycan münsiflər heyəti Elnurun bu müsabiqədə iştirakına yenidən razılıq verdi. Beləliklə, Elnur may ayında keçirilən müsabiqədə “Hour of the Wolf” mahnısı ilə Azərbaycanı təmsil edəcək.
Hazırda isə Elnur Hüseynov Avropa turuna çıxıb. İlk tur Latviyanın paytaxtı Riqadan başlayıb. Bundan sonra Elnurun Macarıstanın paytaxtı Budapeştdə, Amsterdamda keçiriləcək “Eurovision in Concert” şouda və daha bir neçə ölkədə olacağı gözlənilir. Təmsilçimiz Riqada mətbuat konfransı keçirəcək, daha sonra “Eurovision pre-party Riga 2015” konsertində iştirak edəcək. Aprelin 18-də Hollandiya səfərində Elnur müsabiqədən əvvəl keçirilən ən məşhur və irimiqyaslı konsertdə çıxış edəcək. Aprelin 24-ü isə onun 10 ölkə təmsilçisi ilə birgə Moskvada səfərdə olacağı nəzərdə tutulub.
Bizə isə Elnura yalnız uğurlar arzulamaq qalır.
Xəyalə Rəis