Avropada qazın min kubmetrinin qiyməti 1 000 ABŞ dollarından aşağı düşüb
Avropada qazın min kubmetrinin qiyməti oktyabr ayında ilk dəfə olaraq1 000ABŞ dollarından aşağı düşüb.
"Report” xəbər verir ki, TTF-də (Niderland) qazın noyabr fyuçerslərinin qiyməti1 000kubmetr üçün995,5ABŞ dolları ilə başlayıb, bu isə cümə gününün açılış qiymətindən5,3% aşağıdır.
Birjada fyuçerslərin dinamikası əvvəlki ticarət gününün açılış qiymətindən hesablanır.